“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Analitik qrup”u 2022-ci ilin növbəti rəy sorğusunu keçirib.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, sorğu Gəncə şəhərində aparılıb.

“AzTV-də hansı proqram sizə daha maraqlı gəlir?” sualına 18 faiz respondent “AzTV Xəbər” cavabını verib. “Tarixin izi” verilişlərinə maraq göstərənlər 12 faizdir.

Siyahıda 3-cü yerdə 9 faiz respondent sayı ilə “Texno Xəbər” verilişi qərarlaşıb.

“Gəncsən” verilişini bəyənənlərlə “ Belə-belə işlər”ə baxanlar bərabər olub. Onlar respondentlərin 8 faizini təşkil edir.

“AzTV-də hansı efir simasını tanıyırsınız?” sualına cavab verənlərin 12 faizi “Həftə” verilişinin aparıcısı Rövşən Məmmədovun adını çəkib. 10 faiz səslə aparıcı Dilarə Səlim ikinci yerdədir. Samirə Mustafayeva 8 faiz, Nailə Babayeva isə 7 faiz səs toplayıb. Xədicə Sənanqızı 6 faiz səslə beşinci yerdə qərarlaşıb.

“AzTV-də hansı xəbər müxbirini tanıyırsınız?” sualına 12 faiz respondent Leyla Abbasova cavabını verib. Vəfa Ağabalayeva və Samir Oruc 11 faiz sorğu iştirakçısı tərəfindən tanınır. Fidan Babayeva 9 faiz, Elnur Tofiq isə 8 faiz səs toplayıb.

“QSC-nin nəzdində fəaliyyət göstərən media subyektlərindən hansına daha çox vaxt ayırırsınız?” sualının cavabı isə aşağıdakı kimidir:

1.      Mədəniyyət TV – 36 %

2.      AzTV – 26 %

3.      İdman TV – 22 faiz

4.      Azərbaycan Radiosu (105 FM) – 16 faiz

AzTV-nin xəbər verilişlərinin ən çox izləniləni “AzTV Xəbər”in 20:00 buraxılışı olub. Respondentlərin 39 faizi gündəlik xəbərləri məhz bu buraxılışdan aldıqlarını deyiblər. “Region xəbərləri” isə 17 faiz respondent rəyi ilə ikinci yerdədir. «Новости» 11 faiz tamaşaçının seçimi olub. “AzTV Xəbər”in 12:00 buraxılışı və “İqtisadiyyat Xəbərləri”nə baxanlar isə bərabər saydadır. Onlar respondentlərin 9 faizini təşkil edir.

Respondentlər QSC-nin fəaliyyətini daha çox instaqramdan izləyir. Onların 25 faizi belə deyib. Respondentlərin 15 faizi qurumun fəaliyyətini feysbukdan, 5 faizi teleqramdan, 3 faizi isə yutubdan izlədiyini dilə gətirib.

Rəy sorğusunda iştirak edənlərin AzTV-də daha çox görmək istədiyi layihələrə aşağıdakılar daxildir:

-      Təhsil layihələri - 22 faiz

-      Maarifləndirici layihələr - 17 faiz

Respondentlərin 15 faizi muğamla bağlı, 14 faizi əyləncəli, 13 faizi isə daha çox hərbi verilişləri AzTV-də görmək istəyir.

33 faiz respondent deyib ki, AzTV-ni, əsasən, saat 20:00-22:00 aralığında izləyir. Saat 18:00-dan 20:00-a kimi izləyənlər isə 29 faiz təşkil edir. 22:00-00:00 saat aralığı da 17 faiz respondent rəyi ilə AzTV-nin çox izlənilən vaxtlarındandır.

Respondentlərə “Mədəniyyət” kanalı ilə bağlı da suallar verilib.

Sözügedən kanalın ən çox baxılan proqramları isə aşağıdakı kimidir:

1.     “Dərs saatı” – 17%

2.    “Ovqat” – 14%

3.    “Mədəniyyət xəbərləri” – 12%

4.    “İmtahan” – 11%

5.    “Kadra düşməyən həqiqətlər” – 7%

Mədəniyyət TV-nin ən çox tanınan efir simaları:

Mehriban Zəki – 15%

Rəşad İlyasov – 13%

Emin Nəsirli – 11%

Səyyarə Səyyaf – 10%

Həcər Ağayeva – 8%

Sorğu iştirakçıları İdman TV-nin ən tanınmış simaları siyahısını aşağıdakı kimi müəyyənləşdirib:

Tural Məmmədli – 30%

İqbal Aslanov – 15%

Günay Novruzqızı – 15%

Fərid Ramazanov – 8%

Nurlan Hacıyev – 8%

“İdman” kanalının hansı verilişi sizə daha maraqlı gəlir?” sualına respondentlərin 28 faizi “İdman xəbərləri” cavabını verib.

17 faiz sorğu iştirakçısı “Şahmat klubu”nu, 10 faizi isə “Telefitnes”i izləyir. “İdman və media”, “Favorit” və “Sabahın ulduzları” verilişlərinin hər biri 7 faiz respondentin seçimi olub.

“105 FM-də hansı proqramlara qulaq asırsınız?” sualına 27 faiz sorğu iştirakçısı “Musiqi dünyası” cavabını verib. “Günün nəbzi” proqramını bəyənənlərlə “Gəl, səhərim”i dinləyənlər bərabər olub. Onlar respondentlərin 15 faizini təşkil edir. “Vətən yaşasın” proqramını dinləyənlər 14 faiz, “Xəbərlər”ə maraq göstərənlər isə 13 faizdir.

Qeyd edək ki, rəy sorğusunun nəticələri ilə əlaqədar təqdim etdiyimiz hesabat ixtisarla dərc olunub. Nəticələrin rəy çoxluğuna görə ilk beşlikdə yer tutanları açıqlanıb.